M.Ə.Rəsulzadə bələdiyyəsinin 2008-ci il üçün nəzərdə tutulmuş yerli büdcəsi müzakirə edildikdən sonra 3360 min manat məbləğində təsdiq edilmişdir.
Yerli büdcənin təsdiqində bir sıra vacib məsələlər əsas götürülmüşdür.
Təsdiq olunmuş büdcəyə əsasən gəlirlərlə xərclərin büdcəyə görə rüblük bölgüsü aparılmışdır. Belə ki, birinci yarım ildə 1548,5 min manat gəlir proqnozuna qarşı faktiki icra 752,6 min manat olmaqla büdcəyə 48,6 % əməl edilmişdir.
Respublikamızın hər yerində olduğu kimi, M.Ə.Rəsulzadə bələdiyyəsi də qəsəbənin sosial - iqtisadi inkişafına xüsusi diqqət yetirir. «Regionların sosial - iqtisadi inkişaf proqramı» nın tələblərinə və bələdiyyənin 2008-ci il üçün yerli sosial - iqtisadi inikişaf proqramına uyğun olaraq cari ilin birinci yarısıda bir sıra işlər görülmüşdür. Prioritet olaraq məsələlərin həllində qəsəbə sakinlərinin irad və təklifləri də nəzərə alınmışdır.
Binəqədi rayonunda dövlət proqramlarının davam etdirilməsi və rayon sakinlərinin sosial rifahınıın günbəgün yaxşılaşdırılmasında M.Ə.Rəsulzadə bələdiyyəsinin də öz payı olmuşdur.
Bələdiyyənin iş reqlamentinə uyğun olaraq hər ay ümumi iclaslar keçirilmiş, gündəlikdə qaldırılan məsələlərə baxılmışdır. Daimi komissiyalar öz fəaliyyətllərini davam etdiriblər, gündəlikdə duran ayrı – ayrı məsələlərlə bağlı öz rəylərini hazırlayıb müzakirəyə çıxarıblar.
2008-ci ilin yanvar ayında havaların kəskin dəyişməsi və qar yağması ilə əlaqədar olaraq əhəmiyyət kəsb edən küçə, yol və səkilər bələdiyyənin vəsaiti hesabına qardan təmizlənmişdir.
Bələdiyyə qəsəbə ərazisində yaşıllıq zolağının artırılmasına çalışır. Hacıbababəyov küçəsində, Azadlıq prospekti boyunca, Heydər parkında və 6 saylı poliklikanın qarşısında güldanlıqlar salınmış dekorativ ağaclar əkilmiş və təmizlik işləri görülmüşdür . Bu işlərə 18152 manat vəsait sərf edilmişdir.
Ərazimizdə yerləşən 100 saylı orta məktəbin rəhbərliyinin müraciəti əsasında məktəbin pilləkən qəfəsində və akt zalında 455 manatlıq təmir işləri aparılmışdır.
Binəqədi rayonu 8-ci mikrorayonda «Azadlıq» metro stansiyasının tikintisi ilə əlaqədar olaraq 28 May qəsəbəsinə 2007-ci ildə köçürülmüş və tikintisi o vaxdan başlanmış 3 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evləri tikilib bu ilin aprel ayında istifadəyə verilmişdir. Cari ildə bu məqsədə 22630 manat vəsait xərclənmişdir.
Heydər parkının ərazisində yerləşən Azərbaycan Uşaq Fondunun Binəqədi rayon filialının Əlil Uşaqlarla İş Mərkəzinə 234 manat məbləğində 3 ədəd kompüter masası və oturacağı alınıb verilmişdir.
Məhəllədaxili və magistral yolların normal vəziyyətdə olması bələdiyyə öz diqqət mərkəzində saxlayır.
Hər zaman olduğu kimi qəsəbədə ən vacib, mühüm məsələlərin həlli ön plana çəkilmişdir. Belə ki, qəsəbə ərazisindəki Azadlıq, Hacıbababəyov, H.Ağamalıyev, Dəmiryolu, Koroğlu, Stroydetal küçələrində və digər məhəllədaxili yolların təmiri, yollara asfalt örtüyünün vurulması və s. işlər görülmüşdür. Bu məqsədə cari ilin birinci yarısında 186990 manat vəsait xərclənmişdir.
Bundan başqa bələdiyyə Hacıbababəyov, Dəmiryolu küçələrində olan kanalizasiya xəttində təmir işləri aparmış və böyük əhəmiyyət kəsb edən «Zəngəzur» şadlıq evinin arxasından başlayaraq bataqlıq ərazidən keçməklə Baksol Dəmir yol körpüsünə qədər 300 metr uzunluğunda yeni magistiral kanalizasiya xətti çəkmişdir. Cəmi bu işlərə 69172 manat vəsait xərclənmişdir.

M.Ə.Rəsulzadə bələdiyyəsi əvvəlki illlərdə olduğu kimi bu ildə də öz ərazisi daxilindən məişət tullantıları yığılması, daşınması və zərərsizləşdirilməsi işini həmişə diqqət mərkəzində saxlamışdır. Belə ki, bu məqsədə bələdiyyə Binəqədi rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinə hər ay 5000 manat maliyyə vəsaiti köçürür.
Bələdiyyə həmişə müxtəlif ictimai birliklərə, təşkilatlara və imkansız şəxslərə yardımlar göstərir.
Əhalinin aztəminatlı təbəqəsinə – əlil və şəhid ailələrinə, müharibə veteranlarına, məcburi köçkünlərə, tənha və kimsəsiz insanlara onların müraciətləri əsasında maddi yardımlar edilmişdir. Belə ki, cari ilin birinci yarım ilində 46 nəfər kimsəsiz və tənha şəxslərə hər ay 20-30 manat vəsait ödəmək hesabi ilə ilin sonuna qədər himayəyə götürülmüş, dəfn mərasiminin keçirilməsi ilə əlaqədar 900 manat, imkansız şəxslərə komunnal xərclərin ödənilməsinə kömək məqsədilə 310 manat, şəhid ailələrinə 220 manat, Böyük vətən müharibəsi iştirakçılarına və əlillərə 560 manat və digər imkansız şəxslərə cəmi 416 nəfərə 29120 manat məbləğində maddi yardım göstərilmişdir.
Hazırda Respublikamızın hər yerində olduğu kimi bizim rayonun ərazisində də qarşıdan gələn Prezident seçkilərinə hazırlıq işləri üğürla davam etdirilir. Rayon İcra Hakimiyyətinin rəhbərliyinin tövsiyəsi ilə bələdiyyə öz ərazisində yerləşən məntəqə komissiyalarının normal iş şəraiti yaradılması məqsədi ilə cari ilin iyun ayından başlayaraq məntəqələrin yerləşdiyi inzibati binalarda təmir - tikinti işləri aparır.
Hüquqi və fiziki şəxslərin əmlak vergisinə cəlb olunması məqsədilə qəsəbə ərazisində əmlakın inventarizasiyası və qiymətləndirilməsi həyata keçirilir. Bu işlər müqavilə əsasında ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparılır.
Bələdiyyə ərazisində qanunsuz tikililərin qarşısının alınması məqsədilə bələdiyyənin müvafiq şöbələri tərəfindən hər gün əraziyə baxış keçirilir və müəyyən edilmiş qanun pozuntusu zamanı lazımi tədbirlər görülür.
Bütövlükdə M.Ə.Rəsulzadə bələdiyyəsi hesab edir ki, qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün kifayət qədər imkanlar vardır və bələdiyyəmiz bundan sonra icra hakimiyyəti ilə sıx təmasda olaraq üzərinə düşən vacib məsələlərin həllində öz qüvvəsini əsirgəməyəcəkdir.