Ana səhifə
Bələdiyyə sədri
Bələdiyyəmiz haqqında
Fəaliyyətlər
Rayon haqqında
Arxiv
Əlaqə məlumatları
Rayon haqqında
Xəritə və planlar
Telefon rəhbəri
Rayonun şəkilləri
XƏBƏRLƏR VƏ ELANLAR
21.10.2008
Bələdiyyəyə sözüm var»»»
04.08.2008
2008-ci ilin birinci yarısında M.Ə.Rəsulzadə bələdiyyəsinin gördüyü işlər haqqında Hesabat»»»
17.04.2008
“Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda konfransda yerli qzünüidarəetmənin inkişafinda qabaqcil təcrübənin tətbiqinin vacibliyi vurğulanmışdər »»»
Binəqədinin tarixinə qısa bir nəzər

Binəqədi – Azərbaycanın qədim yaşayış məskənlərindən sayılır. Bunu həm ərazidə aşkar edilmiş qazıntı nümunələri, həm də mövcud tarixi abidələr sübut edir. Tarixi abidələr baxımdan zəngin olan ərazidə Biləcəri, Binəqədi və Xocəsən məscidlərini göstərmək olar. Binəqədi məscidi Binəqədi kəndinin ən hündür hissəsində -1 minarəli, kvadrat zalı və hündür günbəzi olan tikilidir. Böyük zaldan əlavə, zal kimi bəzədilmiş 2 otaq da məscid kompleksinə daxildir. Binəqədi qəbiristanlığında 533, 555-ci il tarixli qəbir daşları vardır. Məscidin tikilməsi 849-cu ilə təsadüf edir. 1909-1914-cü illərdə isə məscidin minarəsi tikilməklə tamamlanıb. 1918-ci ildə ermənilər tərəfindən top atəşinə tutularaq zədələnmiş məscid binası 1989-90-cı illərdə təmir olunmuşdur.

Binəqədi toponimi haqqında versiyalar o qədər də çox deyildir. Bir sıra mülahizələrdə toponim «Binə qədim», yəni «Qədim Binə» kimi izah edilir. Digər, daha çox səslənən başqa bir versiyda isə toponimin «binə» və «qədi» sözlərinin birləşməsindən yarandığı bildirilir ki, «qadi» sözü burada ərəbcədən götürülmüş «qazi» mənasındadır. Yəni «Qazinin binəsi». Bunu ərazinin tarixi məxəzlərdə, hətta XIX əsr mənbələrində «Binaqadi» və «Binaqazi» kimi adlandırılması da sübut edir.

Binəqədi-Abşeron yarımadasının özünəməxsus, bir sıra tarixi-etnoqrafik xüsusiyyətləri ilə fərqlənən yaşayış məskənlərindəndir. İstər faunasına, istərsə də florasına görə həmin fərqlər o qədər də müxtəlif olmasa da, Binəqədi yaşayış ərazisində tapılan arxeoloji nümunələr ərazinin yalnız Abşeron yarımadasında deyil, ümumiyyətlə Qafqazda ən qədim yaşayış məskənlərindən biri olduğunu sübuta yetirir. Binəqədi tapıntıları Abşeron yarımadasının Pleystogen faunası, hətta florası barədə də aydın təsəvvür yaradır. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. O vaxt şirin su mənbələrindən biri heyvanların suvatı olmuşdur. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzünə çıxmış, və şirin su gölünə də axmışdır. Yüngül fraksiyalar buxarlandıqdan sonra gölün sahilində qalmış qatı neft təbəqəsi «tələyə» çevrilmiş, və buraya su içməyə gələn gərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar belə neft layına bataraq qalmışlar. Burada aşkar edilən 50000 növ onurğalı heyvandan 40-ı məməli, 110-u quş, 2-si sürünən, 1-i suda-quruda yaşayanlar olmuşlar. Bundan əlavə onurğasız heyvanlardan 102 növ həşərat, 22 növ bitki qalığı tapılmışdır. 1940-cı ildə Binəqədi yaxınlığında aparılan qazıntı işləri zamanı qədim kərgədanın elmə məlum olmayan növünün skeleti, həmçinin də quş və heyvan sümükləri aşkar edilmişdir. 1963-cü ildə Binəqədidə Tunc dövrünün sonlarına aid qəbirdən qadın skeleti, tunc üzük, sancaq, qolbaq, 200-ə qədər muncuq, cilalanmış qara boyalı gil qab parçaları, gil piyalə və sair aşkar edilmişdir. Binəqədinin qədim faunasını aşkar edən heyvan və quş qalıqları əsasən Binəqədidən 1 kilometr cənub-şərqdə, bitum yataqlarında aparılan qazıntı işləri zamanı Azərbaycan geoloqu Ə.Məstanzadə tərəfindən aşkar edilmişdir. Bir faktı qeyd etmək lazımdır ki, Binəqədi faunası heyvan qalıqlarının çoxluğuna və növlərinin müxtəlifliyinə görə Kaliforniyadakı Ranco-Lya-Brea asfaltlarfında aşkar edilmiş Dördüncü dövr faunasından zəngindir. Binəqədi faunası nəinki Cənubi Qafqaz faunasının tarixi, hətta bütün Qafqaz, Ön Asiyanın və MDB-nin Avropa hissəsinin paleofaunasını aid mürəkkəb problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir.
Binəqədi neft yatağı da məşhurdur. Yataq Bakı şəhərindən 8-10 kilometr şimalda, Abşeron rayonunun mərkəzi hissəsindədir. Sahədə Keyrəki, Abıx, Ziyselperi, Keçəldağ, Kiçikdağ palçıq vulkanları , Böyükşor, Masazır, Bostanarşor, Binəqədişor və başqa şor göllər vardır.

Keyrəki palçıq vulkanı ilk dəfə 1830-cu ildə püskürmüşdür. Vulkan indiyədək 14 dəfə püskürmüş, ən güclü püskürmə 1952-ci ilin avqustunda 4 saatdan artıq davam etmiş, 400000 m-ə yaxın vulkan brekçiyası yer səthinə çıxaraq 30 hektar sahəni örtmüşdür.

Son püskürmə 2001-ci il iyunun 26-da olmuş, hündürlüyü 15-20 metrə çatmışdır.

1896-cı ildə Binəqədidə sənaye üsulu ilə neft istehsalına başlanmışdır. Bakı neft sənayesinin 1870-1890-cı illərdə böyük sıçrayışla inkişaf etməsində rolu olan L.Nobelin təşəbbüsü ilə Binəqədi neft sahəsində neft anbarları və boru neft ötürücüləri tətbiq olunmuşdur. Bunlardan əlavə həmin ərazidə hələ də istifadə olunan Nobel qardaşları tikililərini göstərmək olar.
 Hazırda Binəqədi rayonunun inzibati ərazisi 174 kvadrat kilometr olmaqla əhalinin rəsmi sayı 2006-cı il 1 aprel tarixə 221060 nəfərdir. Rayon ərazisində Ermənistan respublikasında etnik təmizləmə nəticəsində 15577 nəfər qaçqın daimi, Dağlıq Qarabağ və digər işğal edilmiş rayonlarımızdan olan 26648 nəfər məcburi köçkün əhali isə müvəqqəti məskunlaşmışdır.
Rayonun inzibati ərazi vahidinin yaranması 1920-ci ilə təsadüf edir. Azərbaycan SSRI-nin tərkibində olduğu illərdə rayon Kirov adını daşımış, 1991-ci ildən isə Binəqədi adlandırılmışdır.

SSRI dövrundə, xüsusilə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza başçılıq etdiyi 1969-1982-ci illərdə Binəqədi inkişaf edərək iri sənaye rayonuna çevrilmiş, rayon ərazisində iri sənaye müəssisələri, fabrik və zavodlar fəaliyyət göstərmişdir. Həmin illərdə rayonda yaşayış və inzibati binaların da tikintisi geniş vüsət almışdır. Respublikamız müstəqillik qazandıqdan, ulu öndərimiz Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyət başına gəldikdən sonra Binəqədidə geniş miqyaslı işlər görülmüş, tədbirlər həyata keçirilmişdir. Məhz bu illərdə rayonun siması kökündən dəyişdirilmiş, insanların sosial rifah halı yaxşılaşmış, bu isə öz növbəsində onlara yeni, müasir memarlığın tələblərinə cavab verən fərdi evlər tikməyə imkan yaratmışdır. Rayon ərazisində çirkab suların yığıldığı böyük ərazilər qurudularaq burada xiyabanlar salınmış, yaşayış binaları tikilmiş, yol salınmışdır. Xüsusilə sosial-iqtisadi təmayüllü obyektlərin işə salınması qarşıya çıxan bir sıra problemlərin həllini təmin etmişdir. Hazırda rayonda 689 ticarət və ictimai iaşə, 420 xidmət, 48 sənaye istehsal, 68 tikinti, 1 rabitə, 27 yanacaqdoldurma, 22 aptek, 12 birgə, 15 nəqliyyat, 3 yardımçı təsərrüfat, 3 kənd təsərrüfat müəssisəsi fəaliyyət göstərir.

İndi Binəqədi rayonunda qədim tarixi abidələrlə yanaşı müasir sağlamlıq və istirahət kompleksləri də fəaliyyət göstərir. Belə ki, rayon ərazisində 1 olimpiya-idman kompleksi, 3 mehmanxana, 3 iri park, 1 muzey, 2 mədəniyyət evi, 3 kinoteatr, 9 kitabxana vardır. Əhaliyə 13 səhiyyə müəssisəsi, o cümlədən 6 saylı şəhər xəstəxanası xidmət göstərir. Təhsil sahəsində isə 3 ali məktəb, 30 ümumtəhsil orta məktəbi, 38 uşaq bağçası, 2 məktəbdənkənar müəssisə, 4 texniki peşə liseyi, uşaq gənclər idman məktəbi fəaliyyət göstərir. Rayon ərazisində 5 mikrorayon və 5 qəsəbə vardır. Hazırda 5 yerli özünüidarəetmə orqanı olan bələdiyyə mövcuddur.

Copyright © 2007