Ana səhifə
Bələdiyyə sədri
Bələdiyyəmiz haqqında
Fəaliyyətlər
Rayon haqqında
Arxiv
Əlaqə məlumatları
Ümumi məlumatlar
Bələdiyyənin vəzifələri
İdarə strukturu
Bələdiyyə üzvləri
Beynəlxalq əlaqələr
Nizamnamə
Müəssisələr bazası
XƏBƏRLƏR VƏ ELANLAR
21.10.2008
Bələdiyyəyə sözüm var»»»
04.08.2008
2008-ci ilin birinci yarısında M.Ə.Rəsulzadə bələdiyyəsinin gördüyü işlər haqqında Hesabat»»»
17.04.2008
“Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda konfransda yerli qzünüidarəetmənin inkişafinda qabaqcil təcrübənin tətbiqinin vacibliyi vurğulanmışdər »»»
Bələdiyyənin fəaliyyət prinsipləri

Ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə, qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əksmərkəzləşməsi prosesinə start verildi. Milli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı. Milli lider Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi: "Bələdiyyə seçkiIəri Azərbaycanda ilk dəfə keçirilir. Bələdiyyələrin yaranması və onlara seçkiIərin keçirilməsi barəsində 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafıq müddəalar öz əksini tapıbdır. Buna görə də bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir". Digər bir çıxışında MILLI LIDER belə bir məqama da toxunub: "Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının ğöstəricisidir…. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir".

Göründüyü kimi, ümummilli liderimiz tərəfindən yerli özünüidarəetmə orqanlarını yaradılmasının həm də əhalinin sosial, mədəni və məişət problemlərinin kompleks şəkildə həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi baxımından zəruriliyi gündəmə gətirilib. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarə orqanlarının elə təşkil etmək tələb olunurdu ki, insanlar öz həyat fəaliyyətində yerli özünüidarə orqanlarının varlığını və zəruriliyini hiss etsin.

Məhz milli liderin tövsiyəsi və xeyir-duası ilə formalaşan bələdiyyələr artıq 8-ci ildir ki, fəaliyyətdədirlər. Bu müddət ərzində onları təmsil edən yerli orqanlar ictimaiyyətdə yerli orqanlar haqqında müəyyən təəsürat yarada biliblər. M.Ə.Rəsulzadə bələdiyyəsi formalaşdığı gündən ciddi şəkildə üzərinə düşən işlərin öhdəsindən gəlməyə başlamış və 2000-ci ilin fevral ayından Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Yerli özünüidarəetmə orqanı olaraq, ilk gündən yerli problemlərin həllinə ciddi nüfuz etmiş, bunun üçün bütün texniki–təşkilati və hüquqi məsələlərin həllinə çalışmışdır. Bü cür fəaliyyət nəticəsində artıq M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi hüdudları daxilində çevik şəkildə qarşıya çıxan bütün sosial problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək imkanı olan yerli orqana çevrilmişdir. M.Ə.Rəsulzadə bələdiyyəsi fəaliyyəti dövründə Milli Məclisin, Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin, yerli icra hakimiyyətlərinin müvafiq strukturları ilə sıx təmasda olmaqla yanaşı, yerlərdə bələdiyyə orqanlarının hüquqlarının genişləndirilməsi üzrə ölkə qanunvericiliyinin daha geniş şəkildə tətbiqinə çalışır.

Qeyd etmək yerinə düşər ki, fəaliyyəti dövründə M.Ə.Rəsulzadə bələdiyyəsinin təmsilçiləri dəfələrlə Azərbaycanın bələdiyyə institutunu bir sıra Avropa ölkələrində layiqincə təmsil etmişlər.

M.Ə.Rəsulzadə bələdiyyəsi Bakı şəhərinin şimal hissəsində, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisində yerləşir. Bələdiyyə ərazisinin bir hissəsi qəsəbənin yaşayış massivini, digər hissəsi isə əvvəllər bataqlıqlaşmış Baksol və Böyükşor gölüdür ki, sonradan bələdiyyə tərəfindən bu ərazilər abadlaşdırılaraq istifadəyə yararlı hala gətirilmişdir. Bu gün M.Ə.Rəsulzadə qəsəbəsinin əhalisi 50 min nəfərdən artıqdır. Azərbaycan Respublikasının «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» (7 dekabr 1999-cu il) Qanununa müvafiq olaraq, Bakı şəhər Icra Hakimiyyəti başçısı 812 saylı, 31.08.2001-Ci il tarixli sərəncamla M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisinə aid olan 501,26 ha torpaq sahəsini bələdiyyənin mülkiyyətinə vermişdir.

M.Ə.Rəsulzadə bələdiyyəsi özünün istehsal və mədəni sahələrdəki nailiyyətləri ilə tanınan Binəqədi rayonu ərazisində yerləşir. Bələdiyyənin inzibati ərazisində sənaye-istehsalat sahələri, müxtəlif elm, təhsil, mədəniyyət, səhiyyə ocaqları, ictimai-iaşə və ticarət obyektləri, istirahət guşələri yerləşir.

M.Ə.Rəsulzadə bələdiyyəsi fəaliyyətə başladığı gündən rayon ərazisində irimiqyaslı abadlıq işləri həyata keçirmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci il üçün yerli büdcə daxilolmalarına görə (dövlət büdcəsindən verilən subsidiya və dotasiya istisna edilməklə) M.Ə.Rəsulzadə bələdiyyəsi respublikada birinci pillədə olmuşdür. Qeyd edilməlidir ki, bələdiyyə üzvlərinin böyük əksəriyyətinin ali təhsilli və təcrübəli mütəxəssis olmaları yerli idarəetmənin təşkilində mühüm rol oynamış və elə ilk illərdən başlayaraq, öz bəhrəsini vermişdir. Ilk fəaliyyət dövründə bələdiyyədə qanunvericiliyə uyğun olaraq, bələdiyyədə üç daimi komissyya yaradılmışdır:

  • Yerli büdcə və iqtisadi məsələlər daimi komissiyası
  • Sosial-ekoloji məsələlər daimi komissiyası
  • Hüquq məsələləri daimi komissiyası

Qeyd etmək lazımdır ki, qanunvericilikdə bələdiyyələrin səlahiyyətlərinə aid edilmiş bütün məsələlər ilkin olaraq komissiyalarda müzakirə olunur, sonradan isə qurumun ümumi yığıncağı müvafiq qərar qəbul edir. Hər bir vətəndaşın bələdiyyə orqanına müraciət etmək hüququnu təmin etmək məqsədilə daimi komissiyalarda vətəndaşların qəbulu, onların probleminin ətraflı təhlili proseduru həyata keçirilir. M.Ə.Rəsulzadə bələdiyyəsində daimi komissiyalar yerli əhəmiyyətli məsələləri müzakirə etməklə, bələdiyyənin iclasına təsdiq edilmək üçün proqramlar, qərar layihələri və arayışlar hazırlamaqla öz fəaliyyətlərinə görə bələdiyyə qarşısında məsuliyyət daşıyırlar.

Copyright © 2007